Petrosyandan sensasion MÜSAHİBƏ: "Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək"
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1992-ci il “Komsomolskaya Pravda” qəzetinə müsahibəsinin yenidən yayılması Ermənistanda böyük ajiotaj yaradıb.
Petrosyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsini sübut edən həmin müsahibə yenidən erməni cəmiyyətində geniş müzakirə olunur.
Qeyd edək ki, keçmiş prezident “Komsomolskaya Pravda”nın 1992-cil il 5 mart tarixli buraxılışında jurnalisə bunları bildirmişdi:
“Düşünmək istərdim ki, Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək. Bu, bizim mövqeyimizdir. Biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq”.
Qeyd edək ki, Levon Ter-Petosyanın hakimiyyət illərində Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa daha yaxın idi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tarix: 29 yanvar 2022
Baxış: 325
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş