Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Moskva Aİ-yə üzv dövlətlərin və qurumların Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş nümayəndələrinin siyahısını genişləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
"Rusiya tərəfi qarşılıqlılıq və paritet prinsipini rəhbər tutaraq, Rusiya Federasiyasının ərazisinə girişi qadağan olunmuş Aİ-yə üzv dövlətlərin və institutların nümayəndələrinin cavab siyahısını genişləndirmək qərarına gəlib", - deyə XİN-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözügedən addım barədə məlumatlandıran notası Avropa İttifaqının Rusiyadakı nümayəndəliyinə göndərilib. \\Trend
Tarix: 28 yanvar 2022
Baxış: 138
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş