Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
“Trendyol” birbaşa Azərbaycana evinizə sifariş göndərəcək-Kargo şirkətlərinin aqibəti necə olacaq?

Hər kəsə məlumdur ki, bir çox vətəndaşlarımız karantin dönəmlərindən alış-verişlərini xarici saytlardan edirlər. Bu online platformalardan biridə Türkiyyənin "Trendyol" online satış səhifəsidir.
 
Rahatlıq ilə yanaşı güvən yaradan bu sayt, yaxınlarda birbaşa Azərbaycana sifariş göndərəcəyini bildirib. Lakin burada bir çox suallar yaranır. Türkiyyə kargoları hansı üsul ilə bizim əhaliyə xidmət göstərəcək? Bütün bunlar nə qədər zaman aparacaq?
İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu hal yerli karqo şirkətlərinə təsir etmiyəcək, çünki hər kargo öz prinsipi ilə işləyir.
 


Səkinə İlqarqızı 

Səkinə İlqarqızı
 
“Yerli bazarda hazırda məşhur olan kargo şirkətləri arasında çaxnaşmalar gedir. Hansı şirkət daha tez xidmət edir, hansısı daha güvənlidir və s. suallarla sosial şəbəkədə çox rastlaşıram. İndi də birbaşa türkiyyədən çatdırılma xidmətini eşitdikdə tək onu deyə bilərəm ki, bu xidmətin insanaların güvənə biləcəyi bir mövqe alması üçün uzun zaman lazımdır. Hətta bəzi vətəndaşlarımız heç demək olar ki, uzun zaman da keçsə güvənməzlər.
Bildirmək istərdim ki, bir çox türk daşıma şirkətləri çatdırılmanı ödənişsiz şəkildə və birbaşa ünvana edirlər. Azərbaycan üçün isə bu xidmətin heçdə ödənişsiz olacağını düşünmürəm. Birbaşa trendyoldan çatdırılma xidmətini Azərbaycan seçmək üçün gərək satıcı olan firmanın ölkəmizdə ofisi mövcud olsun ki, buda uzun bir prosess təşkil edir”.
Yerli kargo şirkətlərinin vəziyyətinə gəlincə isə bu hal onlara təsir etmiyəcək, çünki hər kargo öz prinsipi ilə işləyir və hər daşıma şirkətinin öz rahatlığı var. Vətəndaşlarımız da buna uyğun özlərinə çatdırılma xidmətini seçir. Loru dildə desək hərkəs öz rahatlığına və işlərinə, xarakterinə uyğun seçim edir. Kimsə birbaşa özü sifariş edir trendyoldan və sifariş yerli kargo şirkətinin xarici anbarına çatdırılır. Diğəri isə rahat yol ilə kargo şirkətinə sadəcə link ataraq kifayətlənir. Və sifarişi müəyyən zaman ərzində ünvana çatdırılır. Bu səbəbdən deyə bilərəm ki, trendyol online alış-satış platformasının Azərbaycana çatdırılma etməsi mənfi reaksiya yaratmayacaq”.
İT mütəxəssisi sonda qeyd edib ki, bu düşünülənlərin tamamilə əksinə olacaq və bizim online ticarətimizə belə müsbət təsir edəcək. Hətta online alverlə məşğul olanlar, məhsullarını trendyolda yerləşdirib rahatlıqla sata biləcəklər.
Leyla Mirzə, Bizimyol.info
Tarix: 28 yanvar 2022
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş