Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Kadırov qəzəbləndi, Xalq artistinə “satqın” dedi
 
Çeçenistan rəhbəri səlahiyyətli orqanlara Sokurovun sözlərinin antidövlət və ekstremist xarakter daşıdığını yoxlamağı təklif edib.
70 yaşlı rus kinorejissoru və ssenaristi, Rusiyanın xalq artisti Aleksandr Sokurovun Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşündə Rusiya prezidentinə Şimali Qafqaz xalqları haqda dedikləri Çeçenistan rəhbəri Ramzan Kadırovu qəzəbləndirib.
Xatırladaq ki, Sokurov Rusiyadakı milli subyektlərdən danışarkən meydana “padşahlar çıxdığını”(güman  ki, Ramzan Kadırovu nəzərdə tutaraq) deyərək qalmaqallı fikirlər səsləndirib. “Qafqaz monomilliləşir! İndi orada ruslar demək olar ki, yoxdur! Bütün hakimiyyət yerli xalqın əlindədir, amma inkişaf azdır və ya demək olar ki, heç yoxdur... Qafqazda bir çox gənclər mənə açıq deyirdilər: “Siz ruslar həqiqətən hörmətə layiq deyilsiz”. Dağıstanda hətta iqtisadi problemlər yarananda zarafatlaşırlar: “Heç nə olmaz, rus kəndlisi gəlib işləyəcək!”. Sonra da davam edirlər: “Hamı ilə dava edirsiz, bürokratiyanın, korrupsiyanın öhdəsindən gələ bilmirsiz. Siz sahib olduğunuz varlı sərvətlə qlobal iqtisadiyyat yarada bilməzsiniz. Bizim dinlərimiz fərqlidir və iqlimimiz daha yaxşıdır. Əgər siz NATO ilə döyüşsəniz, biz sizin tərəfinizdə vuruşmayacağıq”. Sokurov “gəlin, artıq bizimlə eyni vəziyyətdə yaşamaq istəməyən hər kəsi azad buraxaq, onlara, bütün padişahlarına uğurlar arzu edək”,-deyə fikirlərini yekunlaşdırıb.
Görünür, R.Kadırov bu çıxışdan özünə də “pay düşdüyünü” nəticəsinə gəlib və xalq artisti haqda öz Teleqram səhifəsində bu sözləri yazıb: “Mənim bu satqın sifətdən xoşum gəlmir!” Kadırov həmçinin səlahiyyətli orqanlara Sokurovun sözlərinin antidövlət və ekstremist xarakter daşıdığını yoxlamağı təklif edib. O, həmçinin vurğulayıb ki, “Çeçenistan Respublikası Rusiya Federasiyasının tərkib hissəsi olub, var və olacaq”.
Sokurov "nə dedimsə, dedim” deyərək Kadırova cavab vermək istəməyib. O, “prezident Vladimir Putinlə söhbətdə açıq danışa, ölkədəki həyatın müxtəlif vəziyyətlərinə münasibət bildirə bilərsiniz” deyib.
Qeyd edək ki, prezident Putin də həmin görüşdə deyib ki, son konstitusiya səsverməsində milli respublikaların aktiv iştirakı onların federasiyanın tərkibdə qalmaq istəyini ifadə edir: “Sizi əmin edirəm ki, insanların böyük əksəriyyəti fərqli hərəkət etsələr, nə ilə qarşılaşacaqlarını başa düşürlər. Yeri gəlmişkən, çeçen xalqı bunu Qafqazda hamıdan yaxşı bilir. Müxtəliflikdən danışırsınız, Dağıstanı misal çəkdiniz. Dağıstan çoxmillətli respublikadır. Nə təklif olunur - bütün Dağıstanı bölmək? Yaxud Qaraçay-Çərkəz. Qaraçaylarla Çərkəzləri ayıraq? “ \\Musavat.com

Tarix: 11 dekabr 2021
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş