Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Gender.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 9-da ölkə üzrə 404 ictimai iaşə obyektində 699 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 42 ünvanında yerləşən, hüquqi şəxs “Cafe La Provence” MMC-yə məxsus “Cafe La” kafesi;
2. Bakı Şəhəri, Səbail rayonu, V. Məmmədəliyev küçəsi 17 ünvanında yerləşən, hüquqi şəxs “Suliko” MMC-yə məxsus “Suliko Restaurant” restoranı;
3. Bakı Şəhəri, Nizami rayonu, Məhsəti küç., ev 1a ünvanında yerləşən, fiziki şəxs Verdiyev Samir İlham oğluna məxsus restoran;
4. Bakı Şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 70D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elbrus Yaşar oğluna məxsus kafe;
5. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Paşazadə Anar Mənsim oğluna məxsus “Bax belə” restoranı;
6. Şamaxı rayonu, Avaxıl kəndi “Qızıldaş” ailəvi istirahət mərkəzində yerləşən, fiziki şəxs Əhmədov Ruslan Məmməd oğluna məxsus kafe;
7. Gəncə şəhəri, Əliyev prospektinin İ. Məmədov küçəsi ilə kəsişməsində yerləşən, fiziki şəxs Orucov İsa Haqverdi oğluna məxsus "Tantuni" dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.