Xəbər lenti
Reklam
Bazel şəhərində muğam axşamı təşkil edilib

İsveçrənin Bazel şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Azerforum.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva-Bodmerin təşkilatçılığı ilə keçirilən tədbirdə isveçrəli nüzamişünaslar, ölkəmizin İsveçrədəki səfirliyinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Niqqi Uilrixin moderatorluğu ilə aparılan gecədə qüdrətli söz ustadının əsərləri aktyorlar Anar Fərəcbəyli, Daniel Kaştura və Mari Luiza Ulrix, şairə Olimə Nəbiyevanın ifasında Azərbaycan, alman və fars dillərində səsləndirilib. Tədbir iştirakçıları azərbaycanlı sənətkarlar Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Firuz Səxavət (xanəndə) və Rəvanə Qurbanovanın (xanəndə) ifasında konsert proqramını alqışlarla qarşılayıblar. Bazel şəhərində Azərbaycan muğamına və milli rəqslərimizə həsr olunmuş konsert də keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə keçirilən konsert şəhərin “Gundeldingerfeld” məkanında baş tutub. Azərbaycanın tanınmış tarzəni Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupunun üzvləri və “Buta” rəqs dərnəyinin yetirmələri tamaşaçılara maraqlı repertuar təqdim ediblər. Azərbaycanlı xanəndələr Firuz Səxavətin və Rəvanə Qurbanovanın, “Buta” solistlərinin ifalarında təqdim olunan muğam, təsnif və milli rəqslər tamaşaçılarda böyük maraq doğurub. \\Azerforum.com
Tarix: 06 dekabr 2021
Baxış: 134

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş