Müəllimlərin 3-cü doza vaksin vurdurmağa məcbur edilmələri barədə iddialara AYDINLIQ GƏTİRİLİB
Təhsil Nazirliyi müəllimlərin koronavirus əleyhinə vaksinin 3-cü dozasını vurdurmağa məcbur edilmələri barədə yayılan iddialara aydınlıq gətirib.
Bu barədə açıqlama verən nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov bildirib ki, iddialar həqiqəti əks etdirmir və belə bir məcburiyyət yoxdur: "Təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub. Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".\\Trend
Tarix: 03 noyabr 2021
Baxış: 357
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş