Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Məktəb yaşının aşağı salınmasına çalışmalıyıq"

"Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".
Bunu "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır:
"Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdılar. Qarşımızda duran ikinci vacib məsələ təhsilin kontenti, məzmunudur. Uşaqları nəyə hazırlayırıq? 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımız necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü? Bu, əsas həlledici suallardan biridir". \\APA

Tarix: 01 oktyabr 2021
Baxış: 387

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş