““İki dövlət-bir millət” konsepsiyası “bir dövlət-iki türk milli birliyi” konsepsiyasına çevrilir” - Abovyan
“Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və qismən Türkmənistan və Pakistan pan-Turan layihəsi çərçivəsində davamlı olaraq birgə inteqrasiya proseslərini artrırılar”. Bunu erməni deputat Armen Abovyan yazıb.
O qeyd edib ki, söhbət təkcə hərbi komponentdən deyil, həm də dərin iqtisadi inteqrasiyadan gedir.
“Məsələn, “iki dövlət-bir millət” Türkiyə-Azərbaycan konsepsiyası qaçılmaz şəkildə “bir dövlət-iki türk milli birliyi” konsepsiyasına çevrilir.
Türklər üçün yeganə yol Ermənistanın cənubunun anneksiyasıdır (Sünik) və Türkiyə-Azərbaycan son məqsədi məhz budur. Adam ya cahil, ya axmaq, ya da xain olmalıdır ki, bu sadə layihəni görməkdən imtina etsin.
Məhz bu halla əlaqədar olaraq Azərbaycan prezidenti İlham Əliyev “Zəngəzur dəhlizi” haqqında tez-tez danışır, çünki Ermənistanın türklərə və azərbaycanlılara nəqliyyat yolunu verməyə razı olduğu andan başlayaraq Ermənistanın parçalanması prosesi başlayır”, - deyə o qeyd edib. \\Ordu.az