Xəbər lenti
Reklam
Nazir müşaviri: “Saxta həkimlik dərəcələri alırlar”
"Son illər xaricdə təhsil alan gənclərin sayı artır. Lakin bəzən xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları da olur".
Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.
Nazirlik rəsmisi bildirib ki, söhbət saxta sənədlərdən, keyfiyyətli təhsil almaqdan yox, bərabər və ədalətli rəqabətin dəstəklənməsindən gedir:
"Çünki bəzən o halların şahidi oluruq ki, bəzilərinin ölkədən çıxmadan həkimlik dərəcələri alınır, yaxud 4 il təhsil aldığı ölkənin dilini bilmir. Təbii ki, belə şəxslərin sənədləri saxtadır. Gələcək həkimlər, müəllimlər, mühəndislər sağlam və keyfiyyətli iqtisadiyyatın formalaşmasında xüsusi rol oynamalıdır. Əmin olmaq lazımdır ki, bu işlərdə bərabərlik prinsiplərinə ciddi əməl olunur".
H.Həsənli qeyd edib ki, bu gün ictimaiyyətdə işəgötürən diploma, sertifikata yox, biliyə, bacarığa səriştəyə diqqət göstərir: "Təhsilin əl çatımlığı ilə yanaşı, keyfiyyətə də diqqət etməliyik. Valideynlər və gənclər diqqətli olmalıdır ki, təhsil aldıqları müəssisənin diplomları həmin ölkədə tanınırmı?!". \\Azvision.az
 
Tarix: 30 may 2019
Baxış: 593

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş