Xəbər lenti
Reklam
Bu universitetlərin diplomları Azərbaycanda tanınmayacaq - SİYAHI

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Agentlikdən Gender.az-a verilən məlumata görə, 10 universitetin 851 halda diplomuna imtina verilib.
Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Ali təhsil müəssisəsi
İmtina sayı
Regionlararası Heyətin İdarəolunması Akademiyası
152
Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti
103
İvanovo Dövlət Universiteti

101
Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası
101
V.N.Karazin adına Xarkov Milli Universiteti
76
Dağıstan Dövlət Pedaqoji Universiteti
68
Poltava İqtisadiyyat və Ticarət Universiteti
68
Tbilisi Açıq Tədris Universiteti
64
Avropa Universiteti
60
Tarix: 30 mart 2021
Baxış: 458

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş