Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Koronavirusun çarəsi tapıldı? - İngiltərə əczaçılıq şirkəti yeni dərman hazırlayıb

İngiltərə əczaçılıq şirkəti "GlaxoSmithKline" (GSK) koronavirus riski olan xəstələrin ölüm riskini yüzdə 85 faiz azaldan bir dərman hazırladıqlarını açıqlayıb.
Şirkətdən verilən açıqlamaya görə, "VIR-7831" adı verilən dərman Kaliforniyada yerləşən "Vir Biotechnology" ilə ortaq şəkildə hazırlanıb.
Covid-19-a yoluxmuş və xəstəxanaya yerləşdirilməli olan 583 xəstənin iştirak etdiyi testlərdə, monoklonal antikor müalicəsinə əsaslanan dərmanın hələlik yüngül və orta dərəcəli ölüm hallarını 85 faiz azaltdığı müəyyən edilib.
Dərmanın həm virusun sağlam hüceyrələrə girməsinin qarşısını aldığı, həm də yoluxmuş hüceyrələrin təmizlənməsinə kömək etdiyi təyin olunub. 
Hal Barron dərmanın xəstələrə faydasından məmnun olduqlarını və ən qısa müddətdə “VIR-7831”-i dünyaya təqdim etmək istədiklərini bildirib. 
Onu da qeyd edək ki, son dərəcə ümidverici bir müalicə olaraq görülsə də, istehsalının çox bahalı olması onun geniş istifadəsini məhdudlaşdıra bilər. \\Azpolitika

Tarix: 13 mart 2021
Baxış: 246

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş