Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Tanınmış müğənnimiz bu xəstəliyə tutulub – SKLERODERMİYA nə ilə təhlükəlidir?

Tanınmış və sevilən müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti Zöhrə Abdullayeva nadir sklerodermiya xəstəliyinə tutulub.
Bu haqda yerli KİV-lər məlumat verib. Sklerodermiya necə xəstəlikdir və nə ilə təhlükəlidir?
Bu xəstəlik sistem sklerodermiya və ya proqressivləşən sistem skleroz adı ilə bilinən iltihabi bir xəstəlikdir.


Sklerodermiya nadir autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı orqanizmin bir çox orqan və sistemlərində mövcud olan birləşdirici toxumada patoloji proseslər inkişaf edir. Xəstəlik dəri, damarlar, oynaqlar, ağciyər, ürək, həzm sistemini, böyrəkləri zədələyir ki, nəticədə bu orqan və sistemlərdə iltihab və fibroz (çapıqlaşma) inkişaf edir.   
Xəstəliyə təkan verən amillər soyuqlama, kəskin və ya xroniki infeksiyalar, travmalar, stresslər, sensibilizasiya, endokrin sisteminin pozuntularıdır.
Nadir xəstəliklərdən hesab edilən sklerodermiyaya daha çox böyüklərdə, xüsusilə də qadınlarda rast gəlinir. Sistem sklerodermiya zamanı bütün dəri örtüyünün zədələnməsi baş verir. Dəri ödemli, ağımtıl mumabənzər rəng alır, əllə müayinədə qalın və az hərəkətli olur. Xəstənin barmaqlarının ucları və dırnaqları böyüyür, barmaqlar isə əksinə nazik və azhərəkətli olur. Sklerodermiya xəstələrinin mimikası azalır, dərisi dartılmış, “maska” kimi görünür.
Oynaqlar iltihablaşımış, ağrılı olur, onların hərəkətliliyi pozulur. Bu səbəbdən sklerodermiya bəzən revmatizm və ya revmatoid artrit kimi xəstəliklərlə səhv salınır.  
Daxili orqanlarda da müxtəlif pozulmalar inkişaf edir – həzm prosesləri pozulur (udmanın çətinləşməsi, mədə qıcqırması və s.), böyrəklərin fəaliyyətində problemlər yaranır, ağır hipertenziya (yüksək təzyiq) inkişaf edir, ağciyərdə əmələ gələn pozulmalar nəticəsində təngənəfəslik yaranır və s.
Xəstəliyin daha ağır və ya daha yüngül formalarına rast gəlinir. Yüngül formalarda yalnız dəri, daha ağır formalarda isə bir çox orqan və sistemlər zədələnir. Xəstəliyin proqnozu da məhz xəstəliyin formasından asılıdır.
Sklerodermiya əksər autoimmun xəstəliklər kimi tam müalicə olunmur. Lakin müəyyən müalicə tədbirlərinin köməyi ilə onun gedişatını ləngitmək, simptomları azaltmaq və xəstənin həyatını xeyli uzatmaq mümkündür.
Müalicə zamanı fibrozu azaldan dərman preparatları, fizioterapiya və müalicəvi bədən tərbiyəsi istifadə olunur. \\Saglamolun

Tarix: 12 mart 2021
Baxış: 737

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş