Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bu ailələrə uşaq pulu ödənə bilər - AÇIQLAMA

Uşaq pulu məsələsi aktual, sosial yükü olan, eyni zamanda vətəndaşlarımızın gözlədiyi bir məsələdir. Hazırda bu mövzu ilə bağlı bir çox populist çıxışların şahidi oluruq. Hansı ki, bu şəxslər 200, 300, 500 manat uşaq pulu verilməsini istəyirlər. Bu, obyektiv yanaşma deyil. Dövlətin bu məbləği qarşılaya bilib-bilməyəcəyi məsələsi var.
Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, uşaq pulunun verilməsi ilə bağlı prinsiplər müəyyənləşməlidir:
“İstənilən halda obyektiv olmalı, ölkənin mövcud reallığını nəzərə almalıyıq. Ölkədə orta hesabla 2 milyon 700 minə yaxın 0-18 yaş arası uşaq var. Bunların hamısına eyni anda ödənişin olunması büdcəyə ciddi yük gətirə bilər.
Uşaq pulu ilə bağlı müxtəlif təkliflər də var. Misal üçün 250 manat məbləğində, yəni minimum əmək haqqı səviyyəsində ödəniş təklifi də səsləndirirlər. Bu, dövlət büdcəsinə əlavə 8 milyarddan çox yük deməkdir. Azərbaycan büdcəsi bu yükü qaldıra bilməz. Düşünürəm ki, ilk olaraq uşaq pulunun verilməsi prinsipləri müəyyənləşməlidir.
Təklif edərdim ki, uşaq pulu hər kəsə deyil, ehtiyacı olan ailələrə ödənilsin. Yəni bir ailədə ata da, ana da işləyirsə, belə bir ailəyə uşaq pulu verməyin heç bir mənası yoxdur. Çoxuşaqlı, sosial təminatı zəif olan ailələrə uşaq pulunun verilməsi daha məqbuldur.
İlkin mərhələdə dövlət büdcəsinin çox yüklənməməsi üçün yaş həddi təyin edilə bilər. Misal üçün 1-5 yaş aralığında uşaqlar üçün normal formada heç olmasa, minimum yaşayış məbləğində uşaq pulunun ödənilməsi yaxşı olardı. Hazırda Azərbaycan üçün minimum yaşayış məbləği 196 manatdır. Qeyd etdiyim 1-5 yaş aralığında uşaqların ümumi sayı ölkədə 600-700 mindir. Dövlət büdcəsi bu yükü qaldıra bilər. Növbəti illərdə büdcənin daha da artması həmin yaş aralığının da artmasına gətirib çıxara bilər. Misal üçün, tədricən 10 yaşa qədər artırıla bilər”. \\Azadinfo.az

Tarix: 12 mart 2021
Baxış: 256

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş