Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Peyvəndləmədən sonra qanda laxtalanma yaranır? - AÇIQLAMA

"AstraZeneca” şirkəti onlara məxsus peyvəndin bir neçə ölkədə istifadəsinin müvəqqəti dayandırılmasına münasibət bildirib. 
Peyvəndin istifadəsindən sonra qanda tromb yaranma riskinə dair hər hansı sübut yoxdur.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı "AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir. ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris qeyd edib ki, vaksinin faydası mənfi göstəricilərini üstələyir.
 
Xatırladaq ki, Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı "AstraZeneca” vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib. \\Sfera

 

Tarix: 12 mart 2021
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş