Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
​Ukraynada vəziyyət GƏRGİNLƏŞİR: Bakı hansı addımı atacaq? - AÇIQLAMA

Kiyevdəki dostlarımla və Ukrayna Xarici İşlər Nazirliyindəki diplomatlarla əlaqə saxladım. Onlar Ukraynanın şərqində olan gərginliyin, intensiv atəşkəs pozulma hallarının hər an böyük toqquşmalara keçə biləcəyini dedilər. Bu geniş miqyaslı müharibə olmasa da, hadisələrin inkişafı bu yöndə gedir.
Bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ukrayna ordusu ABŞ-dan modern texnika alaraq, son illər güclənib:
“Kiyev ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan kimi Ukraynanın da buna haqqı var. Qarşı tərəf də boş dayanmır və Donbasdakı seperatçılar hara gəldi atəş açırlar. Bununla demək istəyirlər ki, əgər müharibə başlasa, daha çox torpaq zəbt edəcəklər. Seperatçılar Rusiyanın dəstəyinə tam arxayındılar. Kremldə öz növbəsində Kiyevi hədələməkdə davam edərək, müharibənin başlayacağı təqdirdə Donbassın Rusiyaya birləşəcəyi fikirlərini səsləndirirlər”.
Politoloq Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək verməli olduğunu bildirib:
"Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək, bu, Kremlin xətrinə dəyəcək və Dağlıq Qarabağda problem yaradacaqlar. Xatırladım ki, bu problem onsuz da var. Ukraynadakı hadisələrə göz yumaraq Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq.
Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdırsa, Donbassda müharibə başlasa eynisini Azərbaycan Xarici İşlər Nazirliyi səsləndirməlidir. Biz Rusiya ilə tərədaşlığın əleyhinə deyilik, amma müttəfiqlərimizi də dəstəkdən imtina edə bilmərik”. \\Azadinfo

Tarix: 08 mart 2021
Baxış: 270

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş