Redaktor seçimi
    Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı QƏRAR VERİB
Xəbər lenti
Reklam
Norveçin Svalbard adalarındakı “Qiyamət anbarı” – Planeti aclıq gözləyir, o anbarda isə...

"İllərdir, ənənəvi kənd toyuqlarının məhv edilməsi layihəsi üzərində işlər gedir. Lakin layihə bir neçə dəfə boşuna çıxıb. Bu, heyvanları hormonal yemlərdən asılı saxlamaq üçün onların broylerləşdirilməsi yolunda aparılan təbliğatdır”.

Gender.az bildirir ki, bu sözləri Sfera.az-a Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

 

O, quş qripinin olduğunu, lakin bunun süni və bioloji olaraq hazırlandığını qeyd edib: "Hədəf yer üzündəki insan sayını 500 milyona qədər salınmasıdır. Bilirsiniz, kənd toyuqları təbii otlarla, yemlərlə qidalanırlar. Buna görə onların əti də organik sayılır, nəinki, hormonal iynələrin vurulduğu broyler toyuqları. Bu da süfrəmizə hormonal qidanın gəlib çıxmasına səbəb olur. Bu gün ətrafa nəzər salanda trans yağlar kimi, trans insanların da əmələ gəldiyini görə bilərik.
 

Qida kimyasına nəzər saldıqda, hidrogenlərinin yeri dəyişdiyinə görə bu yağlara trans deyilir. Bütün yağlarda, yemlərdə, bitkilərdə -  ümumiyyətlə GMO üzərində böyük təbliğat gedir. GMO-nu da maskalayıb hibrid adı altında insanlara satırlar. Bu gün Azərbaycanda da araşdırılma aparılsa, hibrid toxumların satışının çoxaldığını müşahidə edə bilərik. Arıtq hibrid toxumlardan əmələ gələn bitkilərlə heyvanlar da, insanlar da qidalanır. Heyvanların əti də hormon pozuntusuna məruz qalır ki, bu da insanları böyük fəsadlarla üz-üzə qoyur”.

Müsahibimiz həmçinin aclıq pandemiyasından da söz açıb: "Bu yaxınlarda BMT-nin qida proqramının icraçı direktoru Devid Beasley aclıq pandemiyası ilə bağlı rəsmi açıqlama verdi. Onun çıxışı bütün dünyanı şoka saldı. O, bildirdi ki, bunun qarşısı alınmasa, ayda 100 min, 3 ayda 300 min insan aclıqdan öləcək. Statistikaya nəzər salsaq, gündə 25 min, ildə 9 milyon insanın aclıqdan öldüyünü görürük. D.Beasleyin qeyd etdiyi rəqəmlər real olarsa, artıq aclıqdan ölən insanların sayı 10 milyonu ötəcək.
 

Dünyada "Qiyamət anbarı” deyilən toxum anbarı var və bu, Norveçin Svalbard adalarında yerləşir. Yerin 130 metr dərinliyində tikilən anbar təbii fəlakətlərə belə dözümlü yerdir. Orada 980 min çeşid toxum,  hərəsindən də ən azı 500 ədəd var və mənfi 18 dərəcədə saxlanılır. Bu temperatur toxumların ömrünün uzanmasına gətirib çıxarır. Bill Qeytsin isə Uqandada başladılan 15 milyon dollarlıq bir layihəsi var və bu, bananın A vitamini ilə zənginləşdirilib istehsal edilməsidir. Ümumiyyətlə tropik bölgələrdə yerli toxum əkən fermer yoxdur. Bu gün Uqandada, Amerikanın müəyyən bölgələrində A vitamini ilə zənginləşdirilmiş hibrid bananlar istehsal olunur. Hibrid isə insanlar üçün  bir o qədər də faydalı deyil”.

Müsahibimiz vurğulayıb ki, dünyanın bir çox ölkələrində fermerlər yerli toxum tapa bilmirlər: "Hazırda arxeoloji qazıntılar zamanı təkcə arxeoloji mənbə axtarılmır, həmçinin geni dəyişdirilməmiş, təbii toxum axtarılır. Məsələn, qardaş Türkiyədə Göbəkli Təpə deyilən yerdə buğda toxumu tapdılar. Bu toxumu əkəndən sonra gözəl nəticələr əldə olundu və həmin toxumu qeyd etdiyim anbara daşıdılar. Ümumiyyətlə dünyanın bütün təbii toxumlarını anbara daşıyırlar. Yəni, bizə hibrid toxumu satılır, organik olanlar isə orada mühafizə edilir. Nə vaxtsa toxum tükənərsə və ya hansısa fövqəl durumlarda ondan istifadə edəcəklər. Amma bizə verəcəklərmi? Yaxud kimlərə veriləcək? Bu sualın cavabı müəmmalıdır”.
 
A.Salamov həmçinin çıxış yolundan da danışıb: "Qardaş Türkiyə ilə birlikdə Norveçdəki "Qimayət anbarı”ndan yaratmalıyıq. Çünki bizim əlimizdə organik toxumlar qalıb və bunları anbarda mühafizə etməliyik. Məqsəd hər ölkənin özünün toxum anbarının olmasıdır. Sabah onlar mühafizə etdikləri toxumlardan verməsələr,  "Solar food" – günəşdən əldə edilmiş süni proteini istehlak etmək məcburiyyəti olacaq. Məqsədləri insanları öz istehsal etdikləri süni qidalarla yedizdirməkdir.
 
"Solar food”dan hazırlanmış protein, zülal proqramlaşmağa meyllidir. Sabah insanlara biometrik çip qoyularsa, o zaman bədənləri idarə etmək onların əlində olacaq.  Əksi olarsa belə, onların hibridlə hazırlanmış toxumu insanlığın sonunu gətirəcək.  Biz təbii qida məhsulları istehsal etməliyik ki, immun sistemimiz güclü olsun. Əgər Devid Beasley aclıq pandemiyası ilə bağlı mesaj veribsə, boşuna deyil.  Gələcək üçün planlı şəkildə toxumlarımızı mühafizə etməliyik. Kimlərinsə süni qidaları ilə üz-üzə qalmamaqdan ötrü kənd təsərrüfatını  inkişaf etdirməli, öz toxumlarımızı istehsal etməli və bunu başqa ölkələrə verməli deyilik”.
 
Günay Rəsulqızı
Tarix: 01 mart 2021
Baxış: 9123

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]