Xəbər lenti
Reklam
Hazırda Bakıda 6 dərəcə ŞAXTA VAR
Fevralın 24-ü saat 18:00-a olan məlumata əsasən, qarın intensivliyi səngiyib.
Milli Hidrometeorologiya Xidmətindən Gender.az-a verilən məlumata görə, bununla belə Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmaqda davam edir.
Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.4 metrdir.
Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxta təşkil edir.

Tarix: 24 fevral 2021
Baxış: 322

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş