Redaktor seçimi
    Plastik cərrahlar efirlərə buraxılmayacaq
Xəbər lenti
Reklam
Mütəxəssisdən “Solor Food” ilə bağlı HƏYƏCAN SİQNALI

Danimarkada bir şirkət 2010 cü ildə solein adı altında bir protein istehsal etdi. Günəş enerjisi ilə istehlal etdikləri proteinə “Solar food” adı verdilər. 2021 ci ildə ortaya çıxartmağı planlaşdırılan və istehsal olunan bu tozun 50%-i zülal, 25%-i karbohidrat, 10%-i yağ, 15%-i isə digər maddələrdən ibarətdir. Yaxşı, gəlin baxaq görək bu protein insanlıq üçün istehsal olunur ya yox?
BMT nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) deyir ki 2050 ci ildə insan sayı 9.700.000.000 olacaq. İnsanlar üçün daha çox qida istehsal etmək və bunun üçün də yeni qida məhsullarının istehsalını genişləndirmək lazımdır. Qida və kənd təsərrüfatı təşkilatına (fao) görə, heyvandarlıq sənayesi qlobal istiləşməyə səbəb olan istixana qazı tullantılarının 15%-i üçün cavabdehdir. Bu rəqəm nəqliyyat vasitələrinin karbon tullantılarından daha yüksəkdir.
Danimarkanın Kopenhagen Universitetinin əməkdaşı, ixtisasca botanik olan Sonya Vermyolen demişdir: “Ərzaq sənayesi və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə əlaqədar atmosferə atılan tullantıların iqlim dəyişməsinə təsiri üzündən, bitkilərin becərilməsi və emal edilməsi üsullarını əhəmiyyətli dərəcədə dəyişdirmək zərurəti yarana bilər”.
Solar food təsisçiləri bir tərəfdən də heyvanlara qarşı müharibə elan etmiş (atmosferi çirkləndirdiklərinə görə) digər tərəfdən isə alternativ qidalar (solor food) istehsal edirlər.Əslində insan ət məhsullarını tərgitməyə meyilli deyil, ancaq müxtəlif yollarla insanları vegeterian olmağa yönləndirirlər. Birləşmiş Ştatlar hökumətinin məlumatına görə, 2006-cı ildən 2017-ci ilədək ət yeyənlərin sayı 6% azalıb. Bu isə son on ildə ən yüksək göstəricidir. Artıq ən çox vegetarian məhsulları supermarketlərin rəflərində yer alır və son beş ildə olduğu kimi onlayn vegetarian qida sənayesi böyüməyə davam edir.
Əslində, ABŞ-ın 2050-ci ilə qədər böyük bir hissəsi vegetetian ola biləcəyi təxmin edilir. İngiltərədə də vəziyyət eynidir, son araşdırmalara görə 2014 – 2017 ci il arasında olan müddətdə vegetetian olanların sayı 42% artmışdır. Normal insanı vegetetian etməyin anlamı nədir? Mən vegeterian olanlara qarşı deyiləm, zatən Şotlandiyada 1875 ci ildən bəri vegeterian otel insanlara xidmət edir, həmçinin anadangəlmə vegeterian olanlar da var ki buda normal haldır.
Diqqəti çəkən məqamlardan biri də, solar food təsisçilərinin eyni zamanda, 2015 ci ildə heyvanlar arasında yayılan karonavirusa qarşı olan vaksinin ,nano çip və nano robotun da təsisçiləridir. Məsələ burasındadır ki insanların heyvan mənşəli qidalardan aldığı zülallar proqramlaşmayan zülallardır,ancaq günəşdən istehsal olunan toz zülal (solar food) proqramlaşa bilən bir zülaldır. Koronavirus, məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan virus olduğuna görə heyvanları süni yol ilə yoluxdurma və məhv etmə ehtimalı da yüksəkdir. Necə ki insanları evlərinə məhkum etdilər…
 
Ps. Məqalə elmi mənbələrə söykənir
 
Ağa Salamov Qida Texnoloqu
 
Gender.az
Tarix: 20 fevral 2021
Baxış: 9332

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş