Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bir qrup pensiyaçının pensiyası artırıldı - ŞAD XƏBƏR

Bir qrup pensiyaçının pensiyası artırıldı - ŞAD XƏBƏRSon bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı altı il işləmiş 6 297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gender.az-a bildirilib.

Qeyd edilib ki, "Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməyə davam edərsə, hər altı ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir.

Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməyə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

Tarix: 18 fevral 2021
Baxış: 212

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş