Bu şəxslərin vaksin vurdurmaması məsləhətdir – TƏBİB
TƏBİB koronavirus vaksinini vurdurmaq üçün əks göstərişləri açıqlayıb.
Gender.az bildirir ki, TƏBİB-in rəsmi "Facebook” səhifəsində qeyd edilib ki, vaksindən sonra mümkün ola biləcək – baş ağrısı, əzələ ağrısı, qızdırma kimi əlamətlər əks-təsir deyil, əksinə gözlənilən nəticədir və bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.
Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksin elementinə qarşı yüksək həssaslığı, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşmə mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Tarix: 17 fevral 2021
Baxış: 306
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş