Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
"Azəriqaz" sabahdan gücləndirilmiş rejimə keçir - SƏBƏB MƏLUM OLDU

Havaların soyuq keçməsi ilə bağlı verilən proqnozlarla əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçib.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, ölkə ərazisində qaz təzyiqinin aşağı düşməsi ilə bağlı müraciətlər nəzarətə götürülür: "Bəzi ərazilərdə qaz təzyiqinin aşağı düşməsi ilə bağlı "Azəriqaz"ın "Qaynar xətti"nə azsaylı müraciətlər daxil olur. Bu məsələni şəxsən diqqətdə saxlayıram. Sabahdan etibarən ölkə ərazisində havanın hərarəti də aşağı düşəcək. Artıq "Azəriqaz" bu məsələ ilə bağlı hazırlıq tədbirləri görüb. Abonentlərə qazın verilişi ilə bağlı heç bir problem yoxdur". \\Trend
Tarix: 12 fevral 2021
Baxış: 276

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş