Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
"MilliÖN"dən əlavə 1 manat ödənişi ilə bağlı növbəti AÇIQLAMA

“MilliÖN” ödəmə terminalları elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara aydınlıq gətirib.
Şirkətdən bildirilib ki, fevralın 10-dan etibarən “MilliÖN” ödəniş terminalları şəbəkəsində “Azərişıq” ASC-nin qeyri-əhali abunəçi qrupu üzrə elektrik enerjisi sərfiyyatı ödənişi məbləğdən əlavə olaraq 1 AZN ödəniş xidmət haqqı tətbiq edilir:
“Əlavə olaraq vurğulayırıq ki, bu qrupa kafe, restoran, mağaza, fabrik, zavod və s. tipli istehsal, kommersiya, xidmət və s. təyinatlı obyektlər aiddir.
Əhalinin qrupu üzrə elektrik enerjisi sərfiyyatına görə ödənişlərdən isə, əvvəllər olduğu kimi, heç bir xidmət haqqı tutulmur. Əhali qrupu ödənişləri əvvəlki qaydada, heç bir əlavə komissiya olmadan davam etdirilə bilər”.
Əlavə olunub ki, xidmət haqqı “Azərişıq” ASC tərəfindən deyil, “MilliÖN tərəfindən tətbiq edilir.\\Metbuat

Tarix: 12 fevral 2021
Baxış: 279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş