Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Azərbaycanda avtomobil bazarı aktivləşir, qiymətlər dəyişə bilər

Karantin rejiminin yumşalması, il dəyişməsi, manat üzərindəki neqativ təsirlərin tədricən aradan qalxması kimi amillər avtomobil bazarına müsbət təsirlərini göstərib.

Gender.az bildirir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, alıcılıq qabiliyyətinin, müraciətlərin və buna nəzərən, bazarda aktiviliyin artımı müşahidə olunmaqdadır:

"Eyni zamanda, mövsüm olaraq avtomobil bazarı üçün aktiv bir dövr başlayır. Təbii ki, bu mövsümün həm idxala, həm də alıcılıq qabiliyyətinə müsbət təsirləri müşahidə olunur, yəni bu tendensiya hər il davam edir. Bundan əlavə, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda avtomobilə olan marağı da qismən artırıb.

Bütün bu məsələlər avtomobil bazarında müsbət dinamikanın yaranmasına gətirib çıxarır. Hazırda qiymətlər barədə bir söz demək çətindir, ancaq aktivlik artığı halda qiymətlərə də müəyyən təsir göstərəcək".

Tarix: 09 fevral 2021
Baxış: 327

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş