Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“Şahdağ”da turizm xidmətləri niyə məhdudlaşdırılıb?

Bu həftə Dövlət Turizm Agentliyi tərəfindən “Şahdağ” turizm kompleksində göstərilən xidmətlərə girişin məhdudlaşdırılmasına dair qərar verilib. Müvəqqəti tətbiq olunan qaydalara görə kompleksin xidmətlərindən yalnız otellərdə rezervasiya olunmuş qonaqlar və mövsümi skipass biletləri olan xizəkçilər istifadə edə bilərlər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev virtualaz.org-a verdiyi müsahibəsində qərarı istirahət edənlərin sağlamlığı üçün təhlükəni minimuma endirmək zərurəti ilə əsaslandırıb.
"Sərt karantin rejimi dövründə tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırıldıqdan sonra vətəndaşların Azərbaycanın şəhər və bölgələrinə turist səfərləri bərpa olunub. Eyni zamanda əsas axınları dağ bölgələrinin, o cümlədən dağ-xizək komplekslərinin payına düşüb. Ötən həftənin sonunda "Şahdağ" hər gün altı minə qədər ziyarətçini qəbul edirdi, baxmayaraq ki, kompleksin otellərində maksimum eyni vaxtda 1200 nəfər qala bilər. Prinsipcə, bu göstəricilər keçən il də qeydə alınıb. O vaxt da bu, əlbəttə ki, maliyyə xeyrini təmin edirdi.
Lakin hazırkı qış turizm mövsümü pandemiya şəraitində keçir. Bəli, sərt karantin rejiminin şərtləri bir qədər yumşaldılır, lakin insanların sağlamlığına təhlükə azalmayıb. Mühafizə maskalarının binalarda və açıq havada taxılması, sosial məsafəyə riayət olunması, dezinfeksiya kimi elementar qaydalar yerinə yetirilməlidir. Özü də bu elementar qaydalar həm mehmanxana personalına, həm də istirahət edənlərə aiddir.
Ötən ilin payızından Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Turizm Agentliyi digər dövlət orqanları, o cümlədən səhiyyə və daxili işlər nazirlikləri ilə birlikdə ölkənin otellərində gündəlik monitorinqlər keçirir. Bütün bu müddət ərzində otellərin fəaliyyət göstərməsinə icazə verilir, lakin sərt məhdudlaşdırıcı şərtlər gözlənilməklə. Əlbəttə ki, çatışmazlıqlar aşkar edildikdə sanksiyalar, cərimələr tətbiq edilir.
Monitorinqlər davam etdirilir. Onların bəzilərində mən də iştirak edirəm. Ötən həftənin sonunda "Şahdağ"da keçirilmiş monitorinq zamanı biz məhdudiyyətlərin tətbiq edilməsi haqqında qərar qəbul etdik. Sözsüz ki, istirahət edənlərin mütləq əksəriyyəti müəyyən edilmiş qaydalara riayət ediblər və edirlər.  Ancaq təəssüf ki, maskalardan istifadə etmələrini xahiş edərək arxasınca qaçmaq məcburiyyətində qaldığımız qonaqlar olurdu. Onlar ətrafdakılar üçün bir təhlükə idilər.
Bizim üçün əsas məsələnin ölkə vətəndaşlarının, turistlərin sağlamlığının qorunması olduğu nəzərə alınaraq da  məhdudiyyətlərin qoyulması barədə qərar qəbul edilib.
"Şahdağ" turistlərin məşhur istirahət yeridir. Odur ki, qərarımızı təəssüf və məyusluqla qarşılayan vətəndaşları başa düşürük. Lakin qeyd etmək istərdim ki, bu məhdudiyyət müvəqqəti xarakter daşıyır. Bütün ölkə üzrə turist axınlarının bərabər şəkildə paylanmasından sonra, əlbəttə ki," Şahdağ " öz qapılarını yenidən geniş açacaq”, - deyə F.Nağıyev bildirib.

Tarix: 06 fevral 2021
Baxış: 270

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş