Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Abituriyentlər imtahanlarda həyəcanlanmamaq üçün nə etməlidir? - AÇIQLAMA

E-psixoloq.az saytı fəaliyyət göstərir. Bu, DİM-in yeni istifadəyə verdiyi portaldır ki, imtahan həyəcanı ilə bağlı abituriyentlər buraya müraciət edə bilərlər.
Bunu Dövlət İmtahan Mərkəzinin psixoloqu Pərviz Kazımov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, abituriyentlər imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdır:
“Abituriyentlərin özləri və ya valideynləri bu istiqamətdə kimlərləsə rəqabət aparır. Bu isə uşaqlarda stresə səbəb olur. Nə qədər stres olarsa, imtahan hazırlıq prosesi də bir o qədər çətin olur. Bu məqsədlə biz onlayn e-psixoloq.az saytı yaratdıq. Burada stresi və digər problemləri ölçən testlər yerləşdirilib. Həmin testlərdən keçən şəxslərə cavab olaraq geri dönüş olunacaq. Vəziyyətə uyğun suallar tərtib olunub ki, onlara verilən cavablar əsasında şəxsin narahat olduğu psixoloji məqamlar müəyyən olunacaq və onlara bu barədə məlumat göndəriləcək.
Cavablar hər kəsin şəxsi kabinetində olacaq və onlar istədikləri psixoloji problemlərlə bağlı bizim psixoloqlara suallarını ünvanlaya biləcəklər”. \\Oxu.Az

Tarix: 04 fevral 2021
Baxış: 384

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş