Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? - Rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə şagirdlərin tibbi baxışdan keçməsi üçün öz ərazilərində yerləşən poliklinikalarına getməsi ilə bağlı səs yazıları yayılıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib.
O, “Facebook” profilində bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
“Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”, - deyə nazirlik rəsmisi bildirib. \\Yenisabah
Tarix: 04 fevral 2021
Baxış: 422
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş