Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Paytaxtda əhaliyə satılan məhsulların DƏYƏRİ ARTIB

Bakı şəhəri üzrə 2020-ci ildə ticarət dövriyyəsinin həcmi 23 milyard 62,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2019-cu illə müqayisədə ticarət dövriyyəsinin həcmi 0,5 faiz artıb.
 
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq 11 milyard 286,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.\\Oxu

Tarix: 02 fevral 2021
Baxış: 246

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş