Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Məktəbli formaları dəyişdiriləcəkmi? - AÇIQLAMA

Məktəbli formaları ilə bağlı qaydalar hazırlanıb və artıq ictimai müzakirəyə çıxarılıb. 
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
Nazir yeni qaydaların yaxın zamanda qəbul ediləcəyinə ümid etdiyini bildirdi:
“Məktəbli forması şagird üçün önəmlidir. Formanın görünüşü şagirdlərin sosial status cəhətindən bir-birindən fərqlənməsini göstərməməlidir. Eyni zamanda bu forma şagirdlərin ümumi zövqünün formalaşması baxımından da uğurlu seçilməlidir.
İnanıram ki, bizim təsdiq edəcəyimiz məktəbli forma nümunələri həmdə əlçatanlığı baxımdan əlverişli olacaq. Valideyn icmasının və məktəb rəhbərliyinin də bu istiqamətdə qərar verən tərəf olduğunu düşünürəm”. \\Oxu

Tarix: 30 yanvar 2021
Baxış: 368

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş