"Qaz pulu" ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ, 1 ay müddətində...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.
Bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.
"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq.
30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - deyə o qeyd edib.
R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək.\\Oxu24.com
Tarix: 26 yanvar 2021
Baxış: 286
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş