Xəbər lenti
Reklam
“Azərmaya” bu dəfə Kəlbəcərdə
                                                              
“Azər-Maya” işğaldan azad edilən ərazilərdə çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməkdə davam edir.

Gender.az xəbər verir ki, bu dəfə müəssisə Kəlbəcərin çörək təchizatına başlayıb. Bundan sonra Kəlbəcərdə bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.
 
Qeyd edək ki, “Azər-Maya” ASC Şuşadakı çörək istehsalı olan müəssisələri də maya ilə təmin edir. 

Artıq Şuşada fəaliyyətdə olan 4 çörək zavodu tam şəkildə “Azər-Maya” tərəfindən təchiz olunur.

Məlumat üçün bildirək ki, “Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir. /Bizim.Media 
                                            
Tarix: 19 yanvar 2021
Baxış: 282

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş