Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Uşaqlı valideynlərə ŞAD xəbər- Axırki RƏSMİ CAVAB gəldi

Yanvarın 25-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə də icazə veriləcək.
Gender.az bildirir ki, bu barədə virtualaz.org-a Nazirlər Kabinetinin mətbuat katibinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair yanvarın 16-da qəbul etdiyi qərarda repetitor kurslarının fəaliyyətinə icazə verilməsi də nəzərdə tutulur. (Bu barədə həmin gün məlumat açıqlanmamışdı,-red.)
Qərara əsasən, fəaliyyət bərpa olunan iş və xidmət sahələrinin sırasında fərdi tədris və repetitor xidmətləri də var.
Repetitorların fəaliyyərinə böyük qruplar halında məşğələlər aparmamaqla icazə verilir. Belə ki, hazırlıq qruplarında maksimum 9 şagird məşğul ola bilər, bundan artıq şagirdin məşğələlərə cəlb olunması karantin rejiminin pozulması hesab ediləcək.

Tarix: 18 yanvar 2021
Baxış: 368

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş