Xəbər lenti
Reklam
Rusiya bu ölkələrə UÇUŞLARI BƏRPA EDİR

Rusiya yanvarın 27-dən Finlandiya, Vyetnam, Hindistan və Qətərə hava reyslərini bərpa edəcək.
Həftədə iki dəfə Moskvadan Hanoy, Dehli, Helsinki və üç dəfə Dohaya uçuşlar nəzərdə tutulub.
Bundan əlavə, Sankt-Peterburqdan Helsinkiyə daha iki reysin həyata keçirilməsi planlaşdırılır.
Qərar əvvəllər müəyyən edilmiş meyarlara əsasən verilib: ölkədə 14 gün ərzində hər 100 min nəfərə düşən koronavirus xəstələrinin sayı 40-ı keçməməlidir.
Xatırladaq ki, hazırda Rusiyadan Türkiyə, Tanzaniya, İsveçrə, Misir, BƏƏ, Belarus, Qırğızıstan, Qazaxıstan, Serbiya, Cənubi Koreya, Yaponiya, Kuba, Efiopiya, Seyşel adaları və bəzi digər ölkələrə uçmağa icazə verilir. \\Modern.az 

Tarix: 16 yanvar 2021
Baxış: 248

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş