Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri AÇIQLANDI

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə mənzillərin verilməsi zamanı gecikmələrin olmasının səbəblərini açıqlayıb.
O, Real TV-yə müsahibəsində gecikmənin Vətən müharibəsi ilə bağlı olduğunu deyib.
S.Babayev qeyd edib ki, bəzi fərdi evlər məhz aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrə yaxın ərazilərdə yerləşir: “Aktiv döyüş əməliyyatları zamanı tikinti işləri müəyyən qədər ləngidi. Onu da bildirim ki, döyüşlər gedən ərazilərdə tikilib hazır olan bəzi evlər erməni vəhşiliyinin qurbanı oldu. Dağılan həmin evlər artıq təmir edilib. Yanvarın 15-də daha 20 ev şəhid ailəsi və müharibə əlillərinə təqdim olunacaq. Bununla da 1 500 nəfərlik proqram yekunlaşmış olacaq”.
Onun sözlərinə görə, sosial tərəfdaşlar da böyük məsuliyyət prinsipləri nümayiş etdiriblər:
“Onların tikdirdiyi evlər də bu günə qədər təqdim edilib və bundan sonra da proses davam edəcək. Yanvarın sonu, fevralın əvvəllində də onlar tərəfindən evlər təqdim ediləcək. 1 500-dən əlavə 90 ev məhz sosial tərəfdaşlar tərəfindən tikilib”.
Qeyd edək ki, ötən ilin sonunda 1 450 mənzil və fərdi evlər şəhid ailələri və Qarabağ əlillərinə verilib. \\Report

Tarix: 14 yanvar 2021
Baxış: 229

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş