Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Rusiyadakı Azərbaycan vətəndaşlarının pasportlarının MÜDDƏTİ UZADILIB
 
Azərbaycanın Rusiyadakı səfirliyi ölkə vətəndaşlarına müraciət edib.
Səfirlikdən Gender.az-a verilən məlumata görə, koronavirus pandemiya dövrünün yaratmış olduğu çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.
Azərbaycan Respublikası vətəndaşları yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.
Tarix: 12 yanvar 2021
Baxış: 311

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş