Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 200-ə çatır
 
Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin meyiti tapılıb. Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, meyitlər döyüş mövqelərində aşkarlanıb. Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 197 nəfərə çatıb. Məlumata görə, onlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Lakin Ermənistan rəsmiləri döyüş əməliyyatları zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mülki şəxslərin nə üçün, hansı məqsədlə göndərildiklərini gizlədirlər.
Qeyd edək ki, Qarabağ müharibəsində itkin düşmüş erməni əsgərlərinin axtarışlarına hərbçilərlə yanaşı, itkinlərin qohumları da cəlb edilib.
Xatırladaq ki, bunlar meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, hələlik müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.
Daha əvvəl Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.\\Report
Tarix: 10 yanvar 2021
Baxış: 329

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş