T.Şahmalıoğlu bu günə qədər fəxri ada layiq görülməməsinin səbəbini bilmədiyini deyib:
“Mən cənab prezidentə video müraciətimdə fəxri ad ala bilmədiyimi və diqqətdən kənarda qaldığımı demişəm. Bu gün Azərbaycan xalqı bir oldu, Allaha şükür torpaqlarımız işğaldan azad olundu, qələbə çaldıq. Amma mən yenə də diqqətdən kənarda qaldım və bunun səbəbini isə bilmirəm. Ola bilməz ki, mənim ad məsələmdən xəbərdar olmasınlar. Necə oldu hamı tanıdı, amma Mədəniyyət Nazirliyində heç kim məni tanımadı? Bunu bilirlər, amma nəyə arxalanıb mənim fəxri adımı vermirlər, bilmirəm. Mən məqsədimə çatana qədər müraciətlərimi edəcəm”. \\Demokrat.az
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: