Xəbər lenti
Reklam
Qarabağda meyitləri tapılan ermənilərin SAYI ARTDI
 
Hadrut və Cəbrayıl rayonlarında aparılan axtarışlar nəticəsində daha 9 erməninin meyiti tapılıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, bununla da Qarabağda meyitləri tapılan ermənilərin sayı 1 175 nəfərə çatıb.
Qeyd edilir ki, hazırda axtarış işləri Talış, Hadrut, Füzuli və digər istiqamətlərdə davam etdirilir.
Xatırladaq ki, Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri dəfələrlə Ermənistanın müvafiq dövlət orqanlarının binaları qarşısında etiraz aksiyaları, habelə hökumət rəsmiləri ilə görüşlər keçirərək övladlarının tapılmasını tələb ediblər.
Daha əvvəl Cəbrayılda və Xocavənddə də erməni hərbçilərin meyitləri tapılıb.\\Report
Tarix: 05 yanvar 2021
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş