Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Türkiyədə koronavirusun ən təhlükəli növü AŞKARLANDI
 
Türkiyədə koronavirusun yeni ştammına 15 yoluxma aşkarlanıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.
Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.
Koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, koronavirusun yeni ştammı 70 faiz daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır. \\Report
Tarix: 01 yanvar 2021
Baxış: 310

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş