Rusiya Qarabağdakı separatçılara TEXNİKA VERDİ
Rusiya Fövqəladə Hallar Nazirliyi Qarabağdakı separatçı-terrorçu ünsürlərə texnika təqdim edib.
Bu barədə keçmiş və qondarma rejimin “fövqəladə hallar üzrə dövlət xidməti” məlumat yayıb.
“Xidmət”in “direktoru” Karen Sərkisyan Rusiya FHN-nin nümayəndəsi ilə avtomobillərə baxış keçirib.
Belə ki, Rusiya Qarabağdakı separatçı ünsürlərə 6 ədəd “KamAZ və Ural” yanğınsöndürən sisternləri, 4 ədəd “UAZ Hanter”, “KamAZ” üzərində avtokran, 100 kVt gücündə generatorlar, səhra mətbəxləri, həmçinin müxtəlif tikinti materilları hədiyyə edib. \\Axar
Tarix: 25 dekabr 2020
Baxış: 338
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş