Xəbər lenti
Reklam
İlham Əliyev rusiyalı nazirlə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.
Fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edilib. \\Axar
Tarix: 21 dekabr 2020
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş