Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Rusiya Azərbaycana qoyduğu qadağanı LƏĞV ETDİ

Rosselxoznadzor dekabrın 16-dan Azərbaycanın bir müəssisəsininin Rusiyaya pomidor daşınmasına icazə verib.
Qurumdan bildirilib ki, təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.
Qərar Rusiya ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında 9, 11 və 14 dekabr 2020-ci il tarixlərində aparılan danışıqların nəticələrindən sonra qəbul edilib.
Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir. \\Oxu24.com
Tarix: 15 dekabr 2020
Baxış: 345

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş