Milli Qəhrəmanın məzarının sökülməsinə REAKSİYA
Bu yaxınlarda Ermənistanda sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət şüarları səsləndirməklə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını sökən bir qrup erməni millətçisi ilə bağlı video cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının tvitter hesabında paylaşım edilib.
“Bu, Ermənistanın siyasi və hərbi rəhbərliyinin əraziləri işğal altında saxlamaq və 30 il ərzində bir milyon məcburi köçkünü torpaqlarından məhrum etmək üçün erməni əhalisi arasında azərbaycanlılara qarşı ayrıseçkiliyi və nifrəti necə təbliğ etməsini bir daha sübut edir. Videodakı hərəkət nifrət zəminində cinayətdir”, - deyə ombudsman aparatından bildirilib. \\Modern
Tarix: 09 dekabr 2020
Baxış: 308
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş