Redaktor seçimi
    Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR
Xəbər lenti
Reklam
Baş nazir Anna Akopyan olacaq?
 
İşğalçı Ermənistanın bəzi hökumət dairələrində Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın baş nazir vəzifəsinə namizəd ola biləcəyi düşünülür. Onun xeyrinə bir çox arqument var.
 
Bu haqda Politik.am nəşri məlumat yayıb.
 
“Birincisi, hazırda  A.Akopyan özü bir çox vacib məsələ barədə qərar verir və Paşinyan onun xəbəri olmadan vacib qərarlar vermir. Ərindən fərqli olaraq Annanın  döyüşməsi və silahlı bir dəstəyə rəhbərlik etməsi də vacib məsələdir. Bu dəstənin Gorus şəhərini tərk etməməsi faktı o qədər də vacib deyil. Anna Akopyanın parlamentin hökumətyönlü deputatları üzərində də böyük təsiri var.  Qeyd edilən hökumət dairələri Azat Arşakyana ictimai rəyləri yoxlamaq üçün bu fikri medialardan birində səsləndirməsini təklif edib. Xatırladaq ki, bir gün əvvəl Azat Arşakyan saytların birində belə demişdi: "Bir araya gəldiniz, Nikolu qovdunuz, ancaq Anna Akopyan seçilsə, nə edəcəksiniz?" – deyə erməni nəşri yazır. \\Pravda.az
Tarix: 08 dekabr 2020
Baxış: 334

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş