İranda yeni VİRUS TAPILDI
İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli “quş qripi” aşkarlanıb.
Bunu İranın Mazandaran vilayətinin Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.
Direktor əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.
Qeyd edək ki, İranın Mazandaran vilayəti Xəzər dənizi sahilində yerləşir. \\Oxu24
Tarix: 08 dekabr 2020
Baxış: 227
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş