Ziya Bünyadov: "Ermənilər albanlardan 270 il sonra vəftiz olunublar, bəs necə olur ki..."
Gender.az Sfera.az-a istinadla "Vestnik Kavkaza”nın Ziya Bünyadova həsr etdiyi məqaləsini təqdim edir:
"Yaşasaydı, bu ilin dekabrında 99 yaşı tamam olardı. Söhbət atası azərbaycanlı, anası rus olan şərqşünas alim, akademik, Sovet İttifaqı Qəhrəmanı, əcnəbi alimlərin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə edən Ziya Bünyadovdan gedir.
Ziya Bünyadov 1941-ci ildə Bakı Piyada Məktəbini bitirmişdi, Ukrayna, Moldova, Qafqaz, Belarus və Polşa uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdu. Müharibədən sonra Moskva Şərqşünaslıq İnstitutunun, daha sonra Moskva Dövlət Universitetinin aspiranturasının məzunu olmuşdu, "Azərbaycan 7-9-cu əsrlərdə" mövzusunda doktorluq işi yazmışdı. Bünyadovun əsərləri dünyanın bir çox ölkəsində çap olunub. Məqalələrində tarixin təhrif olunması və millətçiliklə davamlı mübarizə aparırdı. 1997-ci ilin 21 fevralında yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Ziya Bünyadovun xanımı deyirdi ki, o, Azərbaycan xalqının ünvanına söylənən bircə haqsız kəlməni belə cavabsız qoymazdı. 1991-ci ilin yanvarında "Golos Armenii" qəzeti erməni şairi Gevorq Eminin (Karlen Qriqoryeviç) bir məqaləsini dərc etmişdi. Bunyadov onunla işğal altındakı Dağlıq Qarabağ ərazisindəki erməni xristianlığı və alban abidələri ilə bağlı polemikaya girmişdi:
"Sənə və sənin həmfikirlərinə yaxşı məlumdur ki, 313-cü ildə xristianlığı ilk qəbul edən albanlar, sonra gürcülər, daha sonra isə bizanslılar olub. Ermənilər albanlardan 270 il sonra vəftiz olunublar, yəni 313 və üstəgəl 270 nə qədər edir? Elədir ki, var-583-cü il. Ermənilər məhz həmin il xristianlığı qəbul ediblər odur ki, erməni kilsəsinin 1700 illik yubileyinin keçirilməsini təxirə salıb XXIII əsri gözləməli olacaqsınız! Hərçənd, nasğılbazlıq etməyə alışmısınız! İrəvanın 2750 illlik tarixə malik olduğunu də uydurmusunuz, halbuki, məktəblilər belə İrəvanın (Azərbaycan xanlığının gələcək paytaxtı) yaşayış məskəni kimi XVI əsrdə meydana çıxdığınıbilir!
Prezident Qorbaçovun Zaqafqaziyada Rusiyadan daha əvvəl xristianlığı qəbul etmiş xalqların olduğunu qeyd edirsən, bil ki, o, erməniləri deyil, albanları və gürcüləri nəzərdə tuturdu. Buna görə də, nə sənin, nə də sənə bənzər savadsızların, yaxud özünü savadsız kimi göstərənlərin ermənilərin inancını (əgər o inanc ümumiyyətlə varsa) "dünyanın ən qədim inancı" adlandırmağa haqqınız yoxdur, Karlen Qriqoryeviç.
Deyilənlərdən belə qənaətə gəlinir ki, sənin: "Erməni xristianlığı (sən demə, belə bir şey də varmış! - Z.B.), dünyanın ən qədim, hətta ən doğru (görəsən hansı mənada?- Z.B.) inancı olmaqla yanaşı, həm də həvari inancıdır, çünki Ermənistanda sözügedən inanc İsa Məsihin çarmıxa çəkilməsindən dərhal sonra, onun davamçıları, həvarilər Faddey və Varfolomey tərəfindən yayılıb.”
Axı niyə bu qədər yalan danışırsan? Axı sənə də, səninbütün soydaşlarına da çox yaxşı məlumdur ki, Qafqazdakı həvari kilsəsi Alban məbədidir. Heç olmasa erməni katolikosu Avraamın albanlara ünvanladığı məktubları oxu: "Bizim erməni kilsəsindən əvvəl yaranmışalban məbədi" və s. Axı, erməni kilsəsi qriqoryandır, yəni, öz başlanğıcını Qriqoridən alır, Qriqori isə bildiyimiz kimi, Həvari Yeliseyin müridinin müridi olub. Qriqori həvari olmadığı halda, erməni kilsəsi necə həvari məbədi ola bilərdi? Sual!
Davam edək. Ermənistan dövləti müstəqil siyasi qurum kimi 387-ci ildə fəaliyyətini dayandırdı (bax: "Erməni xalqının tarixi", İrəvan, 1980, səh. 96). Ermənistanın dövlətçiliyi yalnız 1921-ci ildə bərpa edildi ("Erməni xalqının tarixi", İrəvan, 1980, səh. 292).Fərz edək ki, 387-ci ilədək Artsax Ermənistanın bir hissəsi olub, bəs bundan sonra həmin bölgə necə Ermənistanın tərkibində ola bilərdi? Axı Ermənistanın özü artıq yox idi! Ermənistanın tarixi yoxdur, yalnız erməni xalqının tarixi var, bu üzdən Artsaxa və hansısa Getaşen yaşayış məntəqəsinə olan iddialar dünya hökmranlığı iddiasında olanların vicdansız uydurmasıdır. Sənin (və sənə bənzərlərin) müasir iddialarına gəlincə isə, Sergey Qlinkanın "Azərbaycan ermənilərinin Rusiyaya köçürülməsinin təsviri, Moskva, 1831 (Lazarev Şərq Dilləri İnstitutunun nəşri)” əsəri ilə tanış olmağını məsləhət görürəm.
Bu günədək Damadyan, Manuçaryan və bir ovuc onlara bənzərlərdən başqa, artsaxlılardan heç biri araqatanlıq etməyib. Bu Balayanın zingiltisindən bezmişəm, sən də onunla ağız ağza verməsən, yaxşıdır, Karlen Qriqoryeviç. Çünki belə bir misal var: "Əgər Günəşi Aydan fərqləndirə bilmirsənsə, çiynini artıq yük altına verməyinə ehtiyac yoxdur” ”.
Tarix: 30 noyabr 2020
Baxış: 415
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş