“Azad edilmiş ərazilərə getmək təhlükəlidir“ – ANAMA-dan XƏBƏRDARLIQ
“Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir”.
Gender.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:
“Hələki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir”.
Tarix: 30 noyabr 2020
Baxış: 236
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş