Ermənilər 98 mülkini öldürüb – 414 yaralı
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycanın ölən və yaralanan mülki əhalisinin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Gender.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 98 dinc sakin həlak olub, 414 nəfər yaralanıb. Onlardan 93 nəfəri raket zərbələri nəticəsində həyatını itirib.
Həlak olanlardan 5-i, yaralanlardan isə 4-ü minaya düşüb.
Tarix: 30 noyabr 2020
Baxış: 294
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş