Redaktor seçimi
    Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR
Xəbər lenti
Reklam
Azərbaycanda bu qaydalar dəyişdi - Dekabrın 2-dən...

Dekabrın 2-dən 23-dək məhkəmələrdə vətəndaşların qəbulu dayandırıldığından, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək.
Gender.az-ın məlumatına görə, bu, Ali Məhkəmənin xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərarında yer alıb.
Qərara əsasən, məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbul edəcəklər.
Qeyd edək ki, Ali Məhkəmə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması barədə qərar verib.
Tarix: 27 noyabr 2020
Baxış: 371

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş