Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Razılaşmanın Ermənistan tərəfdən POZULACAĞI RİSKİ ARTIR
 
Prezident Putinin təşəbbüsü və vasitəçiliyi ilə əldə edilən 9 noyabr razılaşmasının məhz Ermənistan tərəfdən pozulacağı riski hər gün bir az da artır.

Bu gün Rusiya Müdafiə naziri Şoyqunun və Xarici İşlər naziri Lavrovun Ermənistana səfəri bir tərəfdən atəşkəs razılaşmasının gələcəkdə sülh sazişinə çevrilməsi üçün detalların dəqiqləşdirilməsi zərurətindən irəli gəlirsə, o biri tərəfdən də rəsmi Moskvanın Qərbpərəst Paşinyan hökumətindən narahatlığını ifadə edir.

Rusiya ehtiyatlanır ki, Paşinyan hökuməti Qərbin dəstəyi və təzyiqi ilə növbəti dəfə Rusiyanın bölgədəki barışdırıcılıq missiyasına zərbə vura bilər.

Çünki Rusiya məhz Ermənistan hakimiyyətinin bölgədə “rus planı” baş tutmasın deyə, hansı ssenariləri işlədiyini bir dəfə görüb: 2018-ci ildə rus sülhməramlılarının bölgəyə gəlişinə razılıq verən Sarkisyan devrilərək yerinə Paşinyan gətirilib və beləliklə də, Rusiya “offsayd”a salınıb...

İndi isə Paşinyan hər vasitə ilə ABŞ-dakı seçkilərin nəticəsi elan olunanadək, vaxtı uzatmağa, atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsini əngəlləməyə çalışır.

Rusiya isə çox tələsir. Çünki iki ay vaxtı qalıb. Bu iki ay ərzində Paşinyana istədiyini qəbul etdirə bilməsə, Ermənistan ABŞ və Avropa Birliyinin də dəstəklədiyi yeni anti-rus hərəkatının başlanacağı məntəqəyə çevriləcək...

Elxan Şükürlü
Tarix: 21 noyabr 2020
Baxış: 328

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş